Ukrayna dünən axşamdan bu gün səhərə kimi Moskvaya 417 dron hücumu edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, 12 oktyabr saat 20:30 ilə 13 oktyabr saat 7:00 arasında Moskva regionu istiqamətində 417 PUA uçub.
Mer dronların əksəriyyətnin uzaq məsafədə, 65-inin isə Moskvaya yaxınlaşarkən vurulduğunu bildirib.