Paşha Bank
Bank Of Baku

BVF 2026-2027-ci illər üzrə neftin qiymətinə dair gözləntilərini kəskin artırıb

BVF 2026-2027-ci illər üzrə neftin qiymətinə dair gözləntilərini kəskin artırıb
# 13 oktyabr 2026 08:42 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-2027-ci illər üzrə dünya bazarında neftin orta qiymətinə dair gözləntilərini əhəmiyyətli dərəcədə yüksəldib.

“APA-Economics” xəbər verir ki, bu barədə Fondun oktyabr ayında dərc etdiyi “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında bildirilir.

Hesabata əsasən, BVF-nin makroiqtisadi proqnozlarında istifadə etdiyi neftin orta qiyməti üzrə fərziyyə 2026-cı il üçün bir barelə 95,74 ABŞ dolları, 2027-ci il üçün isə 87,39 dollar müəyyən edilib.

Fondun aprel ayındakı göstəriciləri ilə müqayisədə 2026-cı il üzrə qiymət gözləntisi 13,52 dollar və ya 16,4%, 2027-ci il üzrə isə 11,42 dollar və ya 15% artırılıb.

Bununla belə, BVF-nin hesablamalarına görə, 2027-ci ildə neftin orta qiyməti 2026-cı illə müqayisədə 8,35 dollar və ya 8,7% aşağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR