Bank Of Baku

Paşinyan: Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 12 mart 2026 12:33 (UTC +04:00)

Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Müstəqillik Bəyannaməsi münaqişənin məntiqi üzərində qurulub. Biz münaqişənin məntiqinə uyğun müstəqil dövlət qura bilmərik”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR