Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında münasibətlər geri dönüşü olmayan nöqtəyə qədəm qoyub.
APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.
O əlavə edib ki, ölkəsi özünü KTMT-nin üzvü saymadığı üçün həmin təşkilat daxilindəki qərar və sənədlərin qəbulu prosesində iştirak etmir:
“Biz KTMT daxilindəki müzakirələrdə, eləcə də nə sənəd və qərarların qəbulunda iştirak edirik, nə də veto hüququmuzdan yararlanırıq. Çünki özümüzü bu təşkilatdan kənarda hesab edirik. Qoy, istədikləri qərarı qəbul etsinlər”, – Paşinyan qeyd edib.