Paşinyan mayın 8-də Moskvaya səfər edəcək, Putinlə görüşəcək

Paşinyan mayın 8-də Moskvaya səfər edəcək, Putinlə görüşəcək
# 06 may 2024 18:12 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov deyib ki, Nikol Paşinyan Moskvaya mayın 8-də səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək.

Paşinyan eyni zamanda, həmin tarixdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının samitinə sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR