Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ermənistanla bağlı bəyanatının davamı olaraq bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya" müxbirinin sualına cavab olaraq məlumat verib.
"Və Ermənistanda ermənilərin hansı istiqaməti seçmək istədiklərini müəyyən etmək üçün sürətli referendumun keçirilməsinin vacibliyi vurğulanıb", - Peskov əlavə edib.