Paşha Bank
Bank Of Baku

Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib

Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib
# 12 oktyabr 2026 14:16 (UTC +04:00)

Rusiya atəşkəs istəmir, uzunmüddətli sülh istəyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs təklifinə münasibət bildirərkən deyib.

Peskov qeyd edib ki, Rusiya atəşkəs deyil, uzunmüddətli sülh istəyir və buna nail olmaq üçün hər şeyi etməyə hazırdır.

Kremlin sözçüsü, həmçinin, əlavə edib ki, Rusiya Ukrayna məsələsindəki səylərinə görə Amerika danışıqçılarına minnətdardır.

Qeyd edək ki, Zelenski Rusiya 60 günlük atəşkəsə razılaşarsa, Ukraynanın seçkilər keçirməyə hazır olduğunu bildirib.

Peskov bildirib ki, "Əgər Kiyev seçkilər keçirmək qərarına gələrsə, Putin seçki günü Ukraynaya qarşı zərbə endirməməyi əmr etməyə hazır olacaq. Lakin Zelenskinin tələb etdiyi 60 gün seçkilərin keçirilməsi üçün deyil, güc toplamaq, yaraları sağaltmaq və müharibəni davam etdirmək üçündür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR