Paşha Bank
Bank Of Baku

Putin: Rusiya Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmir

Rusiya prezidenti Vladimir Putin

© APA | Rusiya prezidenti Vladimir Putin

# 29 oktyabr 2026 22:12 (UTC +04:00)

Rusiya Baltik dənizində gərginliyin yaranmasında maraqlı deyil, lakin istənilən çağırışa cavab verməyə hazırdır.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Baltik dənizində təhlükəsizlik məsələsi Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışıqları zamanı müzakirə olunub.

Putin vurğulayıb ki, Moskva Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmir.

“Biz bunu istəmirik. Amma istənilən çağırışa cavab verəcəyik”, – deyə Rusiya Prezidenti bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR