Bank Of Baku

Putinin köməkçisi: Rusiya və Ukrayna Əbu-Dabidəki danışıqlarda sülhə yaxınlaşıb

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski

© APA | Rusiya prezidentinin köməkçisi Vladimir Medinski

# 11 noyabr 2026 18:16 (UTC +04:00)

Rusiya və Ukrayna Əbu-Dabidəki danışıqlarda sülhə yaxınlaşıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

“Mənə elə gəlir ki, bəli, amma indi çox şey prosesin bütün iştirakçılarından asılıdır”, Medinski tərəflərin sülhə daha yaxın olub-olmaması sualına cavabında deyib.

Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların əsas mövzusu Rusiya və Ukraynanın təhlükəsizliyi olub. Yekunda tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR