Bank Of Baku

Qazaxıstanda daşqınlar nəticəsində 3,6 mindən çox yaşayış binası su altında qalıb - YENİLƏNİB

Qazaxıstanda daşqınlar nəticəsində 3,6 mindən çox yaşayış binası su altında qalıb - YENİLƏNİB
# 07 aprel 2024 09:38 (UTC +04:00)

Qazaxıstanda daşqınlar nəticəsində 3,6 mindən çox fərdi yaşayış binası su altında qalıb.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin məlumat verib.

“Hazırda Atırau, Akmola, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində 3686 fərdi yaşayış binası, 557 həyətyanı sahə və 1822 bağ evi su altında qalır. Daşqın dövrü başlayandan indiyədək 72 029 nəfər xilas edilib ki, onlardan 16 078-i uşaqdır”, - Orazalin brifinqdə deyib.

***

07:02

Qazaxıstan xilasediciləri daşqınlar fonunda bir neçə yaşayış məntəqəsindən 63 mindən çox sakini təxliyə ediblər.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin brifinqdə məlumat verib.

“Təbii fəlakətlə əlaqədar 3400-ə yaxın ev su altında qalıb. Hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 13 328 nəfər var. Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub”,- Orazalin qeyd edib.

Bildirilib ki, daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR