Paşha Bank
Bank Of Baku

Peskov Konstantinovkaya zirehli texnikanın köçürülməsi ilə bağlı iddialara cavab verib

Peskov Konstantinovkaya zirehli texnikanın köçürülməsi ilə bağlı iddialara cavab verib
# 13 noyabr 2026 14:49 (UTC +04:00)

Rusiyanın Konstantinovkadakı humanitar missiyadan zirehli texnika daşımaq üçün istifadə edə biləcəyi iddiaları əsassızdır, bu, peykdən də görünür.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi təklifinin mülki şəxslərin istədikləri yerə getməsinə imkan yaratmaq məqsədi daşıdığını qeyd edib: “Moskva bu humanitar missiyanın iki ölkənin ombudsmanlarının rəhbərliyi altında və medianın monitorinqi ilə həyata keçirilməsinə ümid edir”.

Peskov, həmçinin, bildirib ki, Kremlin “xüsusi hərbi əməliyyat” zonasında humanitar missiyaların tətbiqinin davam edəcəyinə ümid edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə Konstantinovkada humanitar missiyanın həyata keçirilməsini təklif edib. Rusiya Prezidenti qeyd edib ki, missiya təşkil olunarsa, Rusiya beş gün ərzində şəhəri minalardan təmizləməyə hazırdır. Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin isə deyib ki, Rusiya Konstantinovkadakı humanitar əməliyyatdan qoşunların rotasiyası və hərbi texnikanın çatdırılması üçün istifadə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR