Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
# 23 may 2025 17:32 (UTC +04:00)

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

APA-nın Moskva bürosu xəbər verir ki, əsir mübadiləsi mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən keçirilib.

270 Rusiya hərbçisiUkrayna ordusunun Kurskda girov götürdüyü 120 mülki şəxs geri qaytarılıb.

Bunun müqabilində Rusiya 270 hərbi əsiri və 120 mülki şəxsi Kiyevə təhvil verilib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, Kiyevin geri qaytardığı rusiyalılar Belarusdadır və onlara lazımi yardım göstərilir.

Məlumatda o da qeyd olunub ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsi yaxın günlərdə də davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR