Paşha Bank
Bank Of Baku

Rusiya Kalininqradın blokada cəhdlərinin qarşısını almaq üçün 50 mlrd. rubl ayıracaq

Rusiya Kalininqradın blokada cəhdlərinin qarşısını almaq üçün 50 mlrd. rubl ayıracaq
# 23 noyabr 2026 12:18 (UTC +04:00)

Rusiya hökuməti Kalininqradın mümkün blokadasının qarşısını almaq üçün iki dəmiryolu bərəsinin inşasına təxminən 50 milyard rubl ayıracaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Baş nazir Mixail Mişustin müavinləri ilə keçirdiyi müşavirədə bildirib.

Onun sözlərinə görə, vəsaitin əhəmiyyətli bir hissəsi Milli Rifah Fondundan ayrılacaq.

"Kalininqrad vilayətinin unikal coğrafiyası var və buna görə də müəyyən ölkələrin qanunsuz hərəkətləri - təchizat zəncirlərindəki fasilələr, nəqliyyat blokadalarına cəhdlər - orada yerləşən müəssisələrin fəaliyyətinə mane olur. Regionun zəruri mal və xammalla fasiləsiz təchizatını təmin etmək üçün iki yeni dəmiryolu bərəsinin tikintisi aparılır", - Mişustin vurğulayıb.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bir müddət əvvəl ölkəsinin Qərb ölkələrinin Kalininqrad vilayətini blokadaya almaq planlarından xəbərdar olduğunu açıqlayıb. O bildirib ki, Kalininqradın blokadaya alınmasını həyata keçirmək cəhdləri fəlakətə aparan birbaşa yol olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR