Rusiya ordusu ötən gecə Kiyev şəhərində və Kiyev vilayətində Ukraynanın əsas müdafiə müəssisələrinə zərbələr endirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gecə Ukraynanın hərbi-sənaye kompleksində uzun və orta mənzilli kəşfiyyat dronlarının, eləcə də telemetriya, elektron və optik avadanlıqların hazırlanması və istehsalında ixtisaslaşmış “Kiyev-71” sənaye müəssisəsinə, Ukrayna Silahlı Qüvvələri üçün uzun və orta mənzilli PUA-lar istehsal edən və radar avadanlıqları istehsal edən “Kiyev-1” Elektron Sənaye Yığım Müəssisəsinə, Ukrayna ordusu üçün zirehli texnika və zirehli mühafizə komponentlərinin əsas istehsalçısı və təchizatçısı “Kiyev-79” sənaye müəssisəsinə zərbə endirilib.
Eyni zamanda, “Gyurza-M” artilleriya qayıqları, eləcə də pilotsuz hücum qayıqları istehsal edən iri maşınqayırma müəssisəsi Kiyev Gəmiqayırma Zavodu, Ukrayna Hərbi Hava Qüvvələri və Donanması üçün atəş idarəetmə sistemləri, naviqasiya və avtomatlaşdırma avadanlıqları, o cümlədən Neptun-MD idarə olunan raketləri istehsal edən əsas tədqiqat və istehsal bazası olan
Kiyev Gəmiqayırma Zavodu vurulub.
Bundan başqa zenit-raket sistemləri, təyyarə komponentləri və Hava Hücumundan Müdafiə sistemləri istehsal edən, texniki xidmət göstərən və təmir edən dövlətə məxsus hərbi-sənaye kompleksi müəssisəsi “Julyany” Raket Yığımı və Hissələri Zavodu da hədəflər arasında olub.
Rusiya MN, həmçinin Ukraynanın Dnepropetrovsk, Poltava, Çerkaskaya, Çerniqov və Kiyev vilayətlərindəki hərbi aerodromlarının infrastrukturuna zərbə endirildiyini açıqlayıb.