Bank Of Baku

Rusiya ötən gecə Ukraynaya 300-dən çox dron, 30-dan çox raketlə hücum edib

Rusiya ötən gecə Ukraynaya 300-dən çox dron, 30-dan çox raketlə hücum edib
# 19 iyul 2025 11:09 (UTC +04:00)

Rusiya Ukraynaya ötən gecəki hücumda 300-dən çox dron və 30-dan çox raketdən istifadə edib.

APA xəbər verir ki, bunula bağlı Ukrayna prezidenti Volodimir Zelenski X hesabında məlumat verib.

“Ötən gecə döyüşçülərimiz Rusiyanın daha bir hücumunu dəf etdilər. Bu hücumda 300-dən çox dron və 30-dan çox raketdən istifadə olunub. Hədəflərin vurulması, xilasetmə əməliyyatları davam edir”, -Zelenski bildirib.

Onun sözlərinə görə, Donetsk, Sumı, Xerson, Volın, Pavloqrad, Zaparojiye, Kirovoqrad, Odessa və bir sıra digər bölgələr Rusiyanın hücumuna məruz qalıb. Odessada 6 nəfər yaralanıb, bir nəfər isə həlak olub.

Zelenski Ukraynanın havadan müdafiəsinin daha da gücləndirilməli olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR