Rusiya XİN: NATO Rusiya sərhədləri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır

Rusiya XİN: NATO Rusiya sərhədləri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır
# 25 may 2024 08:55 (UTC +04:00)

Şimali Atlantika Alyansı Rusiya sərhədləri boyunca kiberlaboratoriyalar şəbəkəsi yaradır.

APA xəbər verir ki, bu fikirləri “RIA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi departamentinin direktoru Artur Lyukmanov deyib.

Onun sözlərinə görə, bu laboratoriyalar Estoniya, Latviya, Finlandiya, Rumıniyada yaradılıb və bu siyahıya Gürcüstan və Moldova da əlavə edilə bilər.

“Pentaqonun himayəsi altında sistematik əsasda kiber təlimlər keçirilir və bu təlimlər zamanı rəqəmsal sahədə bizimlə qarşıdurma ssenariləri sınaqdan keçirilir”, - Lyukmanov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR