Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 7-yə çatıb - HADİSƏ ANININ VİDEOSU- YENİLƏNİB-2

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 7-yə çatıb - HADİSƏ ANININ VİDEOSU - YENİLƏNİB-2
# 10 may 2024 22:12 (UTC +04:00)

Sankt-Peterburqda avtobusun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

***
15:43

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "112" Teleqram kanalı məlumat yayıb.

***

15:17

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun körpüdən çaya düşməsi nəticəsində ölən və xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Rusiya Daxili İşlər Nazirliyinin Peterburq şəhəri üzrə Baş İdarəsinin məlumatına görə, sərnişin avtobusunun sürücüsü saxlanılıb. Bildirilib ki, faktla bağlı iş açılıb.

Qeyd edək ki, avtobus Potseluev körpüsü üzərində iki avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxıb, kənar sədləri qıraraq Moyka çayına düşüb.

Sərnişin avtobusunun körpüdən çaya düşmə anının görüntüsü yayılıb.

***

14:56

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu körpüdən çaya düşüb.

APA xəbər verir ki, avtobus Potseluev körpüsü üzərində iki avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxıb, kənar sədləri qıraraq Moyka çayına düşüb.

Kənardan keçən vətəndaşlar avtobusdakı insanları xilas etməyə çalışır.

Bir neçə nəfər avtobusdan çıxarılaraq, huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Avtobusda 20 nəfərin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR