Bank Of Baku

Uitkoff İsrail ordusunu müşahidə etmək üçün Qəzzaya səfər edib

Uitkoff İsrail ordusunu müşahidə etmək üçün Qəzzaya səfər edib
# 12 oktyabr 2025 06:01 (UTC +04:00)

ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə İsrailin atəşkəs razılaşmasına əməl etdiyini yoxlamaq üçün oktyabrın 11-də Qəzza zolağına səfər edib.

APA xəbər verir ki, bu barədə o öz “X” hesabında məlumat verib.

"Admiral Kuper, Jared Kuşner və mən İsrailin sazişin birinci mərhələsinə əməl edib-etmədiyini yoxlamaq üçün bu gün Qəzza zolağına səfər etdik. Bizə İsrailin təhlükəsizlik, humanitar və münaqişələrin qarşısının alınması səyləri haqqında ətraflı hesabatlar təqdim olundu", - Uitkoff yazıb.

Qeyd edək ki, oktyabrın 10-da İsrail ordusu Qəzzada atəşkəsin qüvvəyə mindiyini və qoşunların yenilənmiş dislokasiya xətləri üzrə mövqe tutduğunu elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR