Bank Of Baku

Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib

Andrey Sibiqa, Ukraynanın xarici işlər naziri

© APA | Andrey Sibiqa, Ukraynanın xarici işlər naziri

# 25 may 2025 13:40 (UTC +04:00)

Ukrayna ABŞ-ın sülhlə bağlı təkliflərini qəbul edib, biz buna hazırıq.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

“Ukrayna və Rusiya tərəfi birbaşa danışıqlar imkanı əldə etdi və İstanbulda keçirilən görüşdə cari vəziyyəti müzakirə etdi. Bizim üçün hazırda vacibdir ki, barışığa nail olaq. Biz sülh səylərinə sadiqik və Azərbaycan kimi ölkənin dəstəyi bizə vacibdir. Rusiyaya təzyiqi davam etdirmək lazımdır ki, barışığa hər sahədə nail ola bilək. Bu sonrakı bizim sülh səylərinə və danışıqlara gedən yolu açacaq. Biz buna açığıq. Amma bu yolda ilk addım atəşkəs olmalıdır. Bu yaxınlarda İstanbulda baş tutan görüşdə Rusiya qondarma məruzələrini Ukraynaya oxumağa çalışırdı. Bu görüşün nəticələri çox vacibdir, 1000-1000 əsir mübadiləsi olmalıdır. Eyni zamanda biz razılığa gəldik ki, iki tərəfin atəşkəslə bağlı konsepsiyaları və atəşkəslə bağlı baxışları mübadiləsi baş versin. Biz onların baxışını gözləyirik. Gələcək Zelenski-Putin görüşünün gündəliyi də bu olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR