Bank Of Baku

Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
# 25 iyul 2026 17:38 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye bölgəsinin Rusiyanın nəzarətində olan ərazisinə hava zərbələri nəticəsində ölənlərin sayı artıb.

Rusiya mediasının yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin turist düşərgəsinə zərbələri nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Onlardan dördü uşaqdır.

***

12.52

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye bölgəsinin Rusiyanın nəzarətində olan ərazisinə hava zərbələri nəticəsində 8 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbələr Melitopol şəhərinin Kirillovka qəsəbəsindəki turist bazasına endirilib.

Ölənlərdən ikisi uşaqdır.

Üçü uşaq olmaqla, daha 14 nəfərin yaralandığı bildirilir.

Yaralılara tibbi yardım göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR