Bank Of Baku

Ağ Ev: Zelenski və Tramp çərşənbə axşamı görüşəcək

Ağ Ev: Zelenski və Tramp çərşənbə axşamı görüşəcək
# 25 iyul 2026 11:48 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin çərşənbə axşamı Vaşinqtonda görüşü planlaşdırılır.

APA xəbər verir ki, bu barədə Reuters Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfi də Zelenskinin ABŞ-a səfərində maraqlıdır. Lakin ukraynalı mənbə bildirib ki, səfərlə bağlı yekun qərar Ağ Evin Trampın rəsmi iş qrafikini təsdiqləməsindən sonra veriləcək.

Mənbənin sözlərinə görə, Ukrayna və ABŞ rəsmiləri Rusiyaya təqdim edilməsi nəzərdə tutulan yeni sülh təşəbbüsləri çərçivəsində hava məkanında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı təklifi də müzakirə ediblər. Bildirilir ki, bu təşəbbüs Ukraynada müharibəyə son qoymağa yönəlmiş növbəti sülh danışıqları paketinin tərkib hissəsidir.

Nəşrin vurğuladığına görə, Ukrayna daha əvvəl də Rusiya Prezidenti Vladimir Putinə atəşkəs təklifləri ilə müraciət edib, lakin həmin təşəbbüslər rədd edilib.

Bəzi rəsmilər hesab edirlər ki, Ukraynanın pilotsuz uçuş aparatları və raket zərbələri nəticəsində Rusiya iqtisadiyyatına artan təzyiq Putinin mövqeyinin yumşalmasına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR