Bank Of Baku

Rusiyalı diplomat Avropa İttifaqını Donetsk və Luqanskda keçirilən seçkiləri tanımağa çağırıb

Rusiyalı diplomat Avropa İttifaqını Donetsk və Luqanskda keçirilən seçkiləri tanımağa çağırıb
# 03 noyabr 2014 15:09 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Əgər Avropa İttifaqı Ukraynanın şərqindəki böhranın siyasi həllində maraqlıdırsa, o zaman Donetsk və Luqanskda keçirilən seçkiləri qəbul etməlidir”. 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi  Vladimir Çizov deyib.

 

“Mən Avropa İttifaqını öz müstəqilliyini elan etmiş respublikanı tanımağa çağırmaq niyyətində deyiləm və heç kim bunu Brüsseldən gözləmir. Lakin bu faktdır ki, regionun sakinləri öz iradələrini ifadə ediblər və buna görə də seçkilər Avropa İttifaqının müdafiə etdiyi demokratik dəyərlər əsasında tanınmalıdır”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR