Bank Of Baku

“İRƏLİ” nümayəndəsi MDB Parlamentlərarası Gənclər Assambleyasının ikinci iclasında iştirak edib

“İRƏLİ” nümayəndəsi MDB Parlamentlərarası Gənclər Assambleyasının ikinci iclasında iştirak edib
# 04 dekabr 2013 08:03 (UTC +04:00)

Bakı - APA. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB ölkələrinin gənclər parlamentinin ikinci toplantısı keçirilib.

 

 

APA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatı, MDB Parlamentlərarası Gənclər Assambleyasının əlaqələndiricisi Sevinc Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində “İRƏLİ” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev iştirak ediblər.

 

Sankt-Peterburqda Gənclər Parlamentlərarası Assambleyasının ikinci iclasında il ərzində təşkilatın fəaliyyəti, MDB ölkərində gənclər siyasəti mövzularında məruzələr dinlənilib.

 

“İRƏLİ” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov toplantıda “AzərbaycanınGənclər Siyasəti” haqqında məruzə ilə çıxış edib.

 

Toplantının ikinci hissəsində gənc parlamentarlar gələcək fəaliyyət planını müzakirə edib, yeni ideya və təkliflər ətrafında fikir mübadiləsi aparıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR