Bank Of Baku

Rusiyada azərbaycanlı iş adamının sərgi mərkəzini partlatmağa cəhd edən şəxs həbs edilib - YENİLƏNİB

Rusiyada azərbaycanlı iş adamının sərgi mərkəzini partlatmağa cəhd edən şəxs həbs edilib - <span style="color: red;">YENİLƏNİB
# 10 noyabr 2016 17:36 (UTC +04:00)

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Ekspo” sərgi mərkəzində partlayıcı qurğu yerləşdirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

APA-nın xəbərinə görə, bu barədə “TASS”a Moskva vilayəti Krasnoqorski şəhər məhkəməsinin mətbuat katibi Natalya Osipova bildirib.

 

“Məhkəmə istintaqın vəsatəti əsasında dekabrın 12-dək Şaiq Məhəmmədov barəsində həbs qətimkan tədbiri seçib”, -deyə Osipova bildirib. 

 

Ş.Məhəmmədova qarşı Rusiya CM-nin 167-ci maddəsi üzrə ittiham irəli sürülüb. Bu ittiham üzrə Ş.Məhəmmədov beş ilədək azadlıqdan məhrum edilə bilər. 

 

Qeyd edək ki, oktyabrın 7-də Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb. Hüquq-mühafizə orqanlarının məlumatında əldəqayırma partlayıcı qurğunun çantaya qoyulduğu və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirildiyi bildirilib.

 

 

***** 17.27

 

Rusiyada “Krokus Ekspo” sərgi mərkəzini partlatmağa cəhddə şübhəli bilinən şəxs saxlanılıb.

 

APA-nın “life.ru”ya istinadən verdiyi məlumata görə, həmin şəxs ifadəsində sərgi mərkəzinə bomba qoymağa cəhd etdiyini təsdiqləyib.

 

Polisdən bildiriblər ki, o sadəcə icraçıdır və işsiz olduğu üçün buna mükafat qarşılığında razı olub.

 

“Krokus Ekspo”nun rəhbəri, azərbaycanlı iş adamı Araz Ağalarov isə xüsusi xidmət orqanlarına və əməliyyatçılara müraciət edərək ondan 2 milyon dollar tələb edildiyini bildirib. İstintaqın versiyasına əsasən, mərkəzə bomba qoymaq istəyən şəxslər A. Ağalarova hədə-qorxu gəlməyə çalışıblar. Onlar bombanı tualetə qoymaqla, heç kəsin xəsarət almayacağını düşünüblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR