Bank Of Baku

“Lotu Quli" beynəlxalq axtarışa verilib

“Lotu Quli" beynəlxalq axtarışa verilib
# 18 dekabr 2017 21:48 (UTC +04:00)

Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.

 

İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün göstəriş verib. O, qiyabi olaraq, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı və 163-cü maddələri ilə ittiham olunur. 

 

Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-cu (mütəşəkkil cinayətkar dəstə yaratmaq) maddəsi də əlavə oluna bilər. Hazırda N.Səlifovun Türkiyədə yaşadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR