Bank Of Baku

“Maydan”da polislə nümayişçilər arasında toqquşma olub

“Maydan”da polislə nümayişçilər arasında toqquşma olub
# 07 avqust 2014 13:25 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Kiyevin İstiqlaliyyət Meydanında (“Maydan”) polislə nümayişçilər arasında qarşıdurma olub.

 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, “Maydan”da çadır quran aksiyaçılar hüquq-mühafizə orqanlarının və Kiyev şəhər administrasiyasının ərazini boşaltmaq barədə tələbinə rədd cavabı veriblər.

 

Qarşıdurma nəticəsində polis əməkdaşları arasında xəsarət alanlar olub. Mitinq iştirakçıları avtomobil təkərlərini yandıraraq, meydana girişi məhdudlaşdırıblar. Şəhərin mərkəzində əhalinin hərəkəti qeyri-mümkün vəziyyətə gəlib. Əlavə polis qüvvələrinin əraziyə cəlb olunması nəticəsində iğtişaş səngiyib, hazırda aksiya iştirakçıları ərazidən uzaqlaşdırılırlar. Saxlanılanların və xəsarət alanların sayı açıqlanmayıb.

 

Nümayişçilərin əllərində “Donbas” yazılan Ukrayna bayraqları olub. Onlar ərazinin boşaldılması tələbinə qarşı çıxıb, şəhər kommunal xidmət əməkdaşlarına hücum ediblər.

 

Kiyev meri Vitali Kliçko nümayişçiləri muzdlu təxribatçılar adlandırıb, onları kiyevlilərin dinc həyatına mane olmaqda ittiham edib: “Demokratiya istəyirsiniz? Gedin Şərqdə döyüşün. Burda iğtişaş törətmək, sakinləri narahat etmək lazım deyil. Kiyevdə asayiş olmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR