Bank Of Baku

ABŞ Rusiyaya Snoudeni edam etməyəcəyinə söz verib

ABŞ Rusiyaya Snoudeni edam etməyəcəyinə söz verib
# 26 iyul 2013 20:29 (UTC +04:00)

Bakı-APA. «ABŞ xüsusi xidmət orqanlarının sirlərini yaymaqda günahlandırılan Edvard Snouden vətəninə qayıdarsa, barəsində edam hökmü çıxarılmayacaq». ABŞ baş prokuroru Erik Holderin Rusiya ədliyyə naziri Aleksandr Konovalova yazdığı məktubda belə deyilir.

 

«Biz mətbuatda gedən məlumatlardan belə başa düşürük ki, Snouden ABŞ-a qayıdanda işgəncəyə məruz qalacağı və barəsində edam hökmü çıxarılacağını düşünərək Rusiyadan müvəqqəti sığınacaq istəyir. Bu bəyanatların tamamilə əsası yoxdur. ABŞ Rusiya rəsmilərinə Snoudenə qarşı davranışa dair zəmanət verməyə hazırdır», deyə Holder bildirib.

 

Prokurorun sözlərinə görə, Snoudenə qarşı irəli sürülmüş ittihamlarla edam hökmü çıxarıla bilməz.

 

«Hətta Snoudenə qarşı edam hökmü nəzərdə tutan yeni ittihamlar irəli sürülsə belə, ABŞ bu hökmləri tələb etməyəcək. İkincisi, ona işgəncə verməyəcəklər. ABŞ-da işgəncələr qanun pozuntusu sayılır», deyə Holder bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR