Bakı. Rüfət Əhmədzadə - APA. Ukrayna Donbass bölgəsini “işğal olunmuş ərazi” elan etməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov deyib.
Turçinov bildirib ki, separatçıların nəzarət etdiyi bölgə ilə bağlı ciddi addımlar atılmalıdır: “Nəsə elan etmək yox, əraziləri azad etmək lazımdır. Bizim başlıca vəzifəmiz odur ki, Donbass bölgəsi dondurulmuş münaqişə zonasına dönməsin. Şərqdəki bütün hərəkətlərimizə məhz bu cür yanaşmalıyıq. Buna görə də, mən istisna edirəm ki, Ukrayna öz ərazilərinin Rusiyanın nəzarətində olması ilə razılaşacaq”.
Turçinov qeyd edib ki, hadisələrin istənilən formada inkişafı Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını, eləcə də terrorçu qruplaşmaların tamamilə tərksilah olunmasını nəzərdə tutmalıdır: “Yalnız belə olacağı halda sülh danışıqlarını məna daşıya bilər”.