Bank Of Baku

Arsen Avakov: “Kiyev Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatı dayandırmaq fikrində deyil”

Arsen Avakov: “Kiyev Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatı dayandırmaq fikrində deyil”
# 03 may 2014 07:26 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb.

 

“Xüsusi əməliyyatın aktiv fazası sübh tezdən bərpa olunub. Dayanmırıq” - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Kramatorskda televiziya qülləsi separatçılardan geri alınıb. Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın döyüşçüləri həyata keçirib.

 

Qeyd edək ki, əməliyyat zamanı 9 nəfər güllə yarası alıb. Onlardan biri xəstəxanada keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR