APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Batkivşina” fraksiyasının lideri, baş nazir vəzifəsinə namizəd Arseni Yasenyuk deyib. “Yeni hökumət bütün mümkün olanı edəcək, Krımda vəziyyəti sabitləşdirmək üçün hər cür leqal tədbiri görəcək və ətraf dünyaya, bütün qonşulara nümayiş etdirəcək ki, Ukrayna separatçılığın olmadığı, suveren, bütöv dövlətdir”, - deyə o, söyləyib.
Qeyd edək ki, bu gün Ukrayna Ali Radasının binasında Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasdan sonra daxili işlər naziri səlahiyyətlərinin icraçısı Arseni Avakov və Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenkonun Krıma yola düşməsi gözlənilir.