Bank Of Baku

AŞPA müşahidə missiyasının rəhbəri: “Ermənistan cəmiyyətində seçkilərə kifayət qədər maraq və inam yoxdur”

AŞPA müşahidə missiyasının rəhbəri: “Ermənistan cəmiyyətində seçkilərə kifayət qədər maraq və inam yoxdur”
# 18 yanvar 2013 07:24 (UTC +04:00)

 APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bunu AŞPA müşahidə missiyasının rəhbəri Karin Voldset  deyib. O bildirib ki, seçici siyahılarının dəqiqliyi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün əsas şərtlərdən biridir və bu problemin həlli üçün verilmiş tövsiyələr yerinə yetirilməyib.

 

K. Voldset cəmiyyətin qarşıdakı seçkilərə kifayət qədər maraq və inam göstərməməsinin də narahatlıq doğurduğunu söyləyib: “Seçkilərə bir ay qalıb, lakin cəmiyyətdə kifayət qədər maraq və inam yoxdur. Cəmiyyətin namizəd irəli sürəcəyinə ümid bəslədiyi siyasi qüvvələr seçki prosesinə inamları olmadığı üçün prezidentlik yarışında iştirakdan imtina ediblər və bu da ciddi narahatlıq doğurur”.

 

K. Voldsetin fikrincə, əsas müxalif qüvvələrin seçkidə iştirakdan imtina etməsi seçicilərin seçim imkanlarını məhdudlaşdırıb və acınacaqlı vəziyyət yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR