Bakı. Viktoriya Dementyeva-APA. Aşqabadda Xəzər dənizinin bioloji resurslarının qorunması və rasional istifadəsinə dair saziş layihəsinin müzakirəsi üzrə sahilyanı ölkələrin səlahiyyətli orqanlarının nümayəndələrinin görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə sahilyanı ölkələr müzakirə olunan məsələlər üzrə nəzərdən keçirilmək üçün öz təkliflərini açıqlayıblar. Təkliflər bioloji resurslardan istifadə normaları, nərəkimilərin ovlanmasına tətbiq olunan kvotanın həcmi, ətraf mühitin mühafizəsinə dair milli proqramların koordinasiyası mövzularını əhatə edir.
Xatırladaq ki, bu, ekspertlər səviyyəsində keçirilən sayca üçüncü görüşdür.