Bank Of Baku

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Ermənistan nümayəndəliyinin qarşısında aksiya keçirilib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Ermənistan nümayəndəliyinin qarşısında aksiya keçirilib
# 31 yanvar 2013 15:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Ermənistan nümayəndəliyinin qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları nümayəndəlikdən Ermənistanı tərk etməyi və seçkilərin nəticələrinin saxtalaşdırılmasını dəstəkləməməyi tələb ediblər.  APA-nın məlumatına görə, politoloq Saro Saroyan qeyd edib ki, bu tələb təkcə ATƏT-ə deyil, digər müşahidə missiyalarına da aiddir: “Biz seçkilərin nəticələrinin saxtalaşdırılmasına dəstəyi dayandırmağı tələb edirik. Bilirik ki, bir nömrəli saxtakar – mövcud rejimin maraqlarına uyğun nəticələr elan edən Mərkəzi Seçki Komissiyasıdır. Bu planda beynəlxalq müşahidəçilər seçkilərin nəticələrinin saxtalaşdırılması prosesinin iştirakçısı olmurlar”.

 

Politoloq müşahidəçilərin aksiyada səslənən tələblərə laqeyd qalmayacaqlarına ümidvar olduğunu söyləyib: Qalan şeylər onların mövqeyindən asılıdır“.  

 

Qeyd edək ki, ATƏT/DTİHB-in müşahidə missiyasından heç kim aksiya iştirakçıları ilə görüşməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR