Bank Of Baku

ATƏT: Donbasda tərəflər bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər

ATƏT: Donbasda tərəflər bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər
# 23 noyabr 2016 17:34 (UTC +04:00)

Donbasda münaqişə tərəfləri bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik Ukrayna üzrə Təmas qrupunun iclasından sonra bəyan edib

 

"Təmas xəttində vəziyyət gərgin olaraq qalır, atəşkəsin müntəzəm pozulması halları qeydə alınır", - deyə M.Saydik bildirib.

 

Onun sözlərinə görə, tərəflərin bir-birlərinə qarşı ağır silahlardan istifadə etməsi ölüm halları ilə nəticələnir. “Halbuki, ağır silahlar təmas xəttində olmamalıdır”, ATƏT rəsmisi vurğulayıb.

 

Martin Saydik bildirib ki,  noyabrın 29-da “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR