Bakı-APA. ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç, təşkilatın Ukraynadakı missiyasının rəhbəri Ərtoğrul Apakan və ATƏT-in Təmas qrupundakı nümayəndəsi Haydi Talyavini Minsk razılaşmalarının yerinə yetirilməsi üçün tezliklə işçi qruplarının yaradılmasına çağırıblar.
APA-nın məlumatına görə, bu barədə ATƏT-in saytında yerləşdirilmiş bəyanatda bildirilir.
“Hazırda əsas prioritet təhlükəsizlik məsələləri, Minskdə əldə edilmiş razılaşmanın siyasi, iqtisadi və humanitar aspektləri üzrə işçi qruplarının yaradılmasıdır. Biz tərəfləri işçi qruplarını operativ şəkildə yaratmaq və bütün səylərini bu məsələnin həllinə yönəltməyə çağırırıq”, sənəddə deyilir.