Bakı. Rüfət Əhmədzadə – APA. ATƏT-in beynəlxalq missiyası Malayziya avialaynerinin Ukraynada qəzaya uğradığı yerdə araşdırmalara başlayıb.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna hökumətinin yaratdığı Dövlət Komissiyasının açıqlamasında deyilir.
Bildirilir ki, hazırda ATƏT müşahidəçiləri əraziyə baxış keçirirlər.
Qeyd edək ki, separatçılar bir neçə gün müşahidəçilərin əraziyə daxil olmasına imkan verməyiblər. Debaltsevo məntəqəsində saxlanılan beynəlxalq ekspertlərə yalnız danışıqlardan sonra əraziyə baxış keçirməyə icazə verilib.