Bank Of Baku

ATƏT qrupu “Boeing 777”-in düşdüyü ərazidə yeni insan qalıqları aşkarlayıb

ATƏT qrupu “Boeing 777”-in düşdüyü ərazidə yeni insan qalıqları aşkarlayıb
# 01 avqust 2014 21:04 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Donetskdə keçirilmiş brifinqdə ATƏT nümayəndə heyətinin rəhbəri Aleksandr Huq deyib.

 

“Bu gün hadisə yerində Hollandiya və Avstraliyadan gəlmiş 50-dən çox  ekspert çalışıb. Bu, faciə baş verəndən bu vaxtadək  ən məhsuldar gündür. Onlar hadisə yerində sərnişinlərin  meyitlərinin yeni qalıqlarını aşkarlayıblar”, deyə Huq qeyd edib.   

 

Onun sözlərinə görə, qalıqların aşkarlanması ekspertlərin əvvəllər bağlı olan fermaya girişinə icazə verildikdən sonra mümkün olub: “Ekspertlər bir dəqiqəlik sükutdan sonra öz işinə başlayıblar”.  

 

Qalıqlar Xarkova göndəriləcək. Ekspertlər qrupu avqustun 2-də hadisə yerində öz işini davam etdirəcək  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR