“Aydındır ki, Valeri Permyakov cəzasını Rusiyada çəkəcək”.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Gümrüdə rusiyalı hərbçi Valeri Permyakov tərəfindən məhv edilmiş Avetisyan ailəsinin maraqlarını müdafiə edən hüquqşünas Lusine Saakyan Apellyasiya Məhkəməsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki Apellyasiya Məhkəməsinə şikayət V. Permyakovun vəkili Eduard Ağacanyan tərəfindən verilib. Lakin məhkəməyə bir neçə gün qalmış V. Permyakov ilkin instansiyanın hökmündən şikayətçi olmadığını bildirib. Nəticədə vəziyyətin aydınlaşdırılması üçün məhkəmə təxirə salınıb.
Xatırladaq ki, ötən il yanvarın 12-də Avetisyanlar ailəsinin 7 üzvü Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov tərəfindən qətlə yetirilib.