Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın Axalkələk bölgəsindəki aeroportun yataqxanasında hərbi sursat aşkar edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, dekabrın 14-də Axalkələk rayon polis idarəsində qanunsuz silah, hərbi sursat və partlayıcı maddələr saxlanılması haqqında cinayət işi qaldırılıb: “Götürülən silahlar içərisində F-1 və PQD №7 qumbaraları, tank əleyhinə qumbaralar, 7, 62 və 5, 45 kalibrli güllələr, silah koburları və hərbi çantalar tapılıb”.
Faktla bağlı Gürcüstan CM-nin 236-cı maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır.