Bank Of Baku

Azərbaycanın Tacikistandakı səfiri ölkənin narkotiklərə nəzarət üzrə agentliyinin direktoru ilə görüşüb

Azərbaycanın Tacikistandakı səfiri ölkənin narkotiklərə nəzarət üzrə agentliyinin direktoru ilə görüşüb
# 23 fevral 2016 07:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Düşənbədə Tacikistanın narkotiklərə nəzarət üzrə agentliyinin direktoru Şerxon Salimzoda ilə görüşüb.

APA-nın “avesta.tj” saytına istinadən verdiyi xəbərə görə, bu barədə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir.

Görüş zamanı agentliyin direktoru A. Həsənovu Tacikistanda və Mərkəzi Asiya regionunda narkotiklərlə mübarizə sahəsindəki vəziyyətlə tanış edib.

Agentlik və Azərbaycanın Tacikistandakı səfirliyi arasındakı gələcək əməkdaşlıq müzakirə edilib. 

Bununla yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Mərkəzi Asiya regional informasiya koordinasiya mərkəzi çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi sahəsində məsələlər müzakirə olunub.

Səfir  A. Həsənov Agentliyin direktoruna narkotiklərlə mübarizə məsələsinə regional kontekstdən yanaşdığı üçün təşəkkür edib və gələcəkdə əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümidini ifadə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR