Bank Of Baku

Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edəcəklər

Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edəcəklər
# 09 aprel 2013 13:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov və bir qrup deputat Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşəcək.

 

Parlamentdən APA-ya verilən məlumata görə, vitse-spikerin başçılığı ilə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Sevinc Fətəliyeva, Rüfət Quliyev və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər.

 

V.Ələsgərov MDB PA Şurasının iclasında Azərbaycan Milli Məclisini təmsil edəcək, daha sonra MDB PA ilə Avropa Şurasının birgə təşkil etdikləri beynəlxalq konfransa qatılacaq. Deputat Sabir Hacıyev də həmin konfransda iştirak edəcək.

 

MDB Parlamentlərarası Assambleya Şurasının iclasında demokratik seçkilərin keçirilməsində beynəlxalq standartlara əməl olunması ilə bağlı  seminarın nəticələri, həmçinin yeni Avropanın quruculuğunda parlament təşkilatlarının roluna dair konfransa hazırlığın vəziyyəti, müxtəlif məsələlər müzakirə olunacaq. İclasda MDB Gənclər Parlamentlərarası Assambleyasının əlaqələndiricisi Sevinc Fətəliyevanın məruzəsi dinləniləcək.

 

Azərbaycanlı deputat A.Rəhimzadənin sədri olduğu MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi Komissiyasının iclasında dövlətlərin sosial strategiyası, immiqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası, vətəndaşların reproduktiv hüquqları kimi məsələlərə baxılacaq. Daha sonra Arif Rəhimzadə MDB PA Şurasının iclasında qurumun nəzdində səhiyyə üzrə Ekspert şurası barədə  məruzə edəcək.

 

Deputat Rüfət Quliyev isə sədr müavini olduğu Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi Komissiyasında aparılan müzakirələrdə yaxından iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR