Bank Of Baku

Baş nazir Bidzina İvanişvilinin təyinatından ötən 100 gün ərzində Gürcüstanda işıq, qaz, zibil pulu azaldılıb

Baş nazir Bidzina İvanişvilinin təyinatından ötən 100 gün ərzində Gürcüstanda işıq, qaz, zibil pulu azaldılıb
# 16 fevral 2013 08:12 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova - APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili vəzifəyə təyin olunmasından ötən 100 gün ərzində ölkədə elektrik enerjisi tarifləri, qaz və benzinin qiymətlərini aşağı salıb.

APA-nın «Mir 24» telekanalına istinadən verdiyi xəbərə görə, hesabat dövründə işıq pulu 25%, qaz pulu 10%, zibil pulu 50% azaldılıb, çörək isə 7 sent ucuzlaşıb.

Bununla yanaşı, Gürcüstanın Neft məhsullarının istehsalçıları və idxalçıları İttifaqının sədri Vano Mtvralaşvili qeyd edib ki, Gürcüstanda inhisarçılıq tədricən yox olur. Həmçinin, konkret brendlərə Aid olmayan yanacaqdoldurma məntəqələrinin sayı xeyli artıb və burada yanacaq daha ucuz satılır və bununla da istehlakçıda seçim imkanı yaranıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR