Bank Of Baku

Batumidə “NATO-nun genişləndirilməsi: ənənələr və perspektivlər” mövzusu müzakirə olunub

Batumidə “NATO-nun genişləndirilməsi: ənənələr və perspektivlər” mövzusu müzakirə olunub
# 28 iyun 2013 22:06 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Batumidə keçirilən Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransında  “NATO-nun genişləndirilməsi: ənənələr və perspektivlər” mövzusunda  məsələ müzakirə olunub. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, konfransı Gürcüstanın NATO-dakı daimi nümayəndəsi Qriqol Mqaloblişvili idarə edib.

 

Litvanın NATO-dakı daimi nümayəndəsi Kustutis Jankauskas jurnalistlərə açıqlamasında gələn il NATO-nun genişləndirilməsinin 10 ili tamam olacağını bildirib. “Gələn il alyansa 7 ölkə daxil olacaq və NATO-nun genişləndirilməsinin 10 ili tamam olacaq. NATO-nun növbəti  sammitinə bir il qalıb. Lakin tədbirin harada keçiriləcəyi və tədbirin mövzusu məlum deyil, lakin buna baxmayaraq, NATO-nun genişləndirilməsi məsələsi həmişə gündəmdə olub. Bu gün biz NATO-nun genişləndirilməsinin tarixi əhəmiyyətindən danışdıq. Fikrimcə, NATO həmişə Avropada sülhü, azadlığı, sabitliyi və demokratik inkişafı  təbliğ edir. Tədbirdə NATO-ya hazır olan 4 namizəd ölkə haqqında söhbət aparılıb, onlardan biri Gürcüstandır. Bizim vəzifəmiz bu ölkələri NATO-ya hazırlamaqdır”, deyə Kustutis Jankauskas bildirib.

 

Konfrans iştirakçıları Gürcüstanın müdafiə siyasətini müzakirə ediblər. Tədbirdə müdafiə naziri İrakli Alasaniya çıxış edib.

 

Konfrans sabah öz işinə yekun vuracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR