Bank Of Baku

Batumidə yeni məscid tikiləcək

Batumidə yeni məscid tikiləcək
# 16 fevral 2013 14:49 (UTC +04:00)

Xatırladaq ki, Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Türkiyəyə rəsmi səfəri zamanı Batumidə yeni məscidin tikintisi məsələsi müzakirə olunub və baş nazir söz verib ki, məscidin tikintisi tezliklə həll olunacaq.

 

«Türkiyə ilə bu sazişin imzalanması o demək deyil ki, biz Əziziyyə məscidinin bərpasına razılıq vermişik. Ən başlıcası odur ki, biz razılığa gəldik. Əziziyyə məscidi ilə əlaqədar biz hələ fikir bildirmirik, lakin Batumidə yeni məscid tikiləcək. Amma onun harada tikiləcəyi məlum deyil,” – deyə Q.Odişariya bildirib.

 

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze isə jurnalistlərə açıqlamasında yeni tikili üçün sahəni Acarıstanın yerli hakimiyyətinin seçəcəyini bildirib. Onun sözlərinə görə, Batumidə müsəlmanların ibadət etməsi üçün məscidin inşası üçün xüsusi sahə seçiləcək: «Bu yer hələ seçilməyib, lakin harada tikiləcəyini təxmini bilirik. Tikili üçün yerin ayrılmasına Acarıstanın yerli hakimiyyəti qərar verəcək. Bunun əvəzinə, gürcü mütəxəssisləri Türkiyədəki Oşk və İşxan məbədlərinin bərpasını həyata keçirəcəklər», - M.Pancikidze bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR