Bank Of Baku

Belarus və Qazaxıstan vətəndaşlarından başqa bütün əcnəbilər 2015-ci ildən Rusiyaya yalnız xarici pasportlarla buraxılacaq

Belarus və Qazaxıstan vətəndaşlarından başqa bütün əcnəbilər 2015-ci ildən Rusiyaya yalnız xarici pasportlarla buraxılacaq
# 18 aprel 2013 19:17 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin Federal Miqrasiya Xidmətinin xarici dövlətlərin vətəndaşlarının ölkə ərazisinə yalnız xarici pasportlarla buraxılmasına dair təklifini dəstəkləyib.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Vladimir Putin Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski ilə bu gün keçirilmiş görüşündə qeyd olunan qaydanın 2015-ci ilin yanvarın 1-dən tətbiq olunmasını təklif edib.   

 

Rusiya prezidenti qeyd edib bu qayda Gömrük İttifaqına üzv olan ölkələrə, yəni Qazaxıstan və Belarusa şamil olunmayacaq.

 

Qeyd edək ki, bir qədər əvvəl Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovski qeyd olunan qaydanı bu ildən tətbiq etməyə təklif edirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR