Bank Of Baku

Belçikanın xarici işlər naziri: “AB həm Rusiya ilə, həm də “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Rusiyanın qonşuları ilə əlaqələri inkişaf etdirmək niyyətindədir”

Belçikanın xarici işlər naziri: “AB həm Rusiya ilə, həm də “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Rusiyanın qonşuları ilə əlaqələri inkişaf etdirmək niyyətindədir”
# 15 oktyabr 2013 17:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Rusiya ilə Avropa Birliyi arasındakı əlaqələr heç vaxt sadə olmayıb. Avropa Birliyi bizim ən böyük iqtisadi tərəfdaşlarımızdan biridir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov belçikalı həmkarı Didye Reynderlə birgə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq əlaqələri gücləndikcə, yeni problemlər ortaya çıxır: “Ticarət-iqtisadi sahələrdə bütün ölkələr arasında problemlər yarana bilər. İndiyə kimi ABŞ-la Avropa Birliyi arasında da belə problemlər yaranıb. Bizim öz ticari maraqlarımız var və bu maraqları ölkələrlə əlaqələrimizdə üstün tuturuq. Rusiyanın Avropa Birliyi ilə əlaqələri beynəlxalq hüquqa və konvensiyalara əsaslanır”.

 

Belçika Krallığının xarici siyasət idarəsinin rəhbəri Didye Reynder isə brifinqdə çıxışında Avropa Birliyinin Rusiya ilə bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi və insan hüquqları sahəsində əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib: “Avropa Birliyi həm Rusiya ilə, həm də “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Rusiyanın qonşuları ilə əlaqələri inkişaf etdirmək niyyətindədir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR