Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı dayandıra bilər

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı dayandıra bilər
# 10 fevral 2016 14:36 (UTC +04:00)

Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya yardım proqramını dayandıra bilər. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, BVF-nin icraçı direktoru Kristin Laqard bununla bağlı Ukrayna hökumətinə xəbərdarlıq edib.

 

K. Laqard deyib ki, yardım proqramının dayandırılmasına Ukraynada korrupsiya ilə bağlı problemlərin mövcudluğu, dövlət idarəçiliyində irəliləyişin ürəkaçan səviyyədə olmaması, bəzi şəxsi maraqların siyasətə təsir göstərməsi səbəb ola bilər.

 

"Bu problemlər aradan qaldırılmasa yardım proqramı dayandırıla bilər. Biz Ukrayna rəhbərliyini ölkəni islahatlar yoluna qaytarmağı çağırırıq", - deyə K. Laqard bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR