Bank Of Baku

Bidzina İvanişvili Avropa parlamentinin deputatlarını qəbul edib

Bidzina İvanişvili Avropa parlamentinin deputatlarını qəbul edib
# 03 iyun 2013 22:12 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Mayın 3-də Gürcüstanın baş naziri Bidzina İvanişvili Avropa parlamentinin deputatlarını qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tərəflər Gürcüstan və Avropa Birliyi arasında münasibətləri müzakirə ediblər. Görüşdə çıxış edən baş nazir B. İvanişvili Avropaya inteqrasiya yolunda Gürcüstanın başqa alternativ yolunun olmadığını deyə bildirib. Onun sözlərinə görə, bu yol Gürcüstanın xarici siyasətinin uzunmüddətli strateji məqsədidir. Baş nazir ümidvar olduğunu bildirib ki, Gürcüstanda həyata keçirilən islahatlar avrointeqrasiya prosesinə yaxından kömək edəcək.

 

Görüşdə Avropa Birliyinin Gürcüstandakı səfiri Filip Dimitrov, NATO-nun Cənubi Qafqazdakı missiyasının nümayəndəsi Vilyam Lahyü, Gürcüstan parlamentinin deputatları və digər rəsmilər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR