Bakı. Anaxanım Hidayətova – APA. Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Ermənistana səfəri başlayıb. APA-nın baş nazirin “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, B. İvanişvili ilk olaraq Ermənistanın baş naziri Tiqran Sarkisyan tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında siyasi-iqtisadi münasibətlərin indiki durumu və əməkdaşlığın perspektivləri müzakirə olunub. B. İvanişvili bildirib ki, bütün məsələlər mehriban qonşuluq çərçivəsində həll olunmadır.
B. İvanişvilinin prezident Serj Sarkisyan və katolikos II Qareginlə görüşləri də nəzərdə tutulub.