Bank Of Baku

Boris Conson: "Rusiya ilə aramızda çətin məsələlər var"

Boris Conson: "Rusiya ilə aramızda çətin məsələlər var"
# 22 dekabr 2017 11:14 (UTC +04:00)

Moskvada Rusiya və Böyük Britaniya xarici işlər nazirləri arasında görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Britaniya xarici işlər naziri Boris Conson iki ölkə arasında çətin məsələlərin olduğunu etiraf edib: "Bütün bunlara baxmayaraq, Moskva və London ortaq kəsişmə nöqtəsi tapmağa səy göstərir". 
 
B. Conson iki ölkə arasında Ukrayna və kibertəhlükəsizlik problemləri ilə bağlı fikir ayrılıqlarının olduğunu vurğulayıb. Onun fikrincə, Moskva və London Şimali Koreyanın nüvə silahı əldə etməsinin qarşısını almalıdır. Nazir görüşdə Suriya və İran məsələlərini müzakirə edəcəklərini də söyləyib: "Biz bu gün təkcə bu məsələlərin müzakirəsi ilə məhdudlaşmamalıyıq. Moskva və London bütün dünya qarşısında məsuliyyət daşıyır, ona görə də dünyanın təhlükəsizliyi üçün bir yerdə işləməliyik". 
 
Rusiya XİN başçısı Sergey Lavrov isə münasibətlərin sağlamlaşdırılması üçün bu görüşün yekununda konkret addımları qeyd etməyə nail olacaqlarına ümid etdiyini söyləyib: "Ümid edirəm ki, bu gün açıq və birbaşa danışıqlar keçirəcəyik".
 
Rusiyalı nazir iki ökə arasında hazırda münasibətlərin çox aşağı səviyyədə olduğunu vurğulayıb. 
 
Qeyd edək ki, Boris Consonun Moskvaya səfəri Böyük Britaniya XİN rəhbərinin son beş ildə Rusiyaya ilk səfəridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR